Все
Отредактировано:08.05.09 00:09
[SIZE=+2][FONT=Geneva][B][I][SIZE=+1][COLOR=darkblue]Aldanmaq istəyirəm...Acı həqiqətləri qəbul etməyi bacarmaq üçün...
Aldatmaq istəyirəm...Həqiqətləri söylərkən məndən küsənləri,inciyənləri görməmək üçün...
Yağışın yağmasını istəyirəm... Çünki hər damlasını bir göz yaşı təsəvvür edirəm.
Yağışın bitməsini isyəyirəm...Buludların arasında parlaq günəşin çıxmağını seyr etmək üçün...
Hər göz yaşının sonunun təbəssüm olacağına inanmaq üçün...
Dənizi seyr etmək istəyirəm... Hər coşğun,sərt ləpənin daş qayaları ovub dalğalara çevrildiyini görmək üçün...
İnsan əsəbinin,qəzəbinin ürəkləri,qəlbləri sındırdıqdan sonra sanki sakit dalğalara çevrildiyini anlamaq üçün...
Qarın yağmasını istəyirəm... Hər qar dənəciyinin ovcumda əriyib suya döndüyünü görmək üçün...
İsti insan qucağında hər kəsin mülayimləşib,sanki əriyib suya dönəcəyini anlamaq üçün...
Qızılgülün niyə tikanlı olmağını bilmək istəyirəm... Bir gül tək gözəl,xoş xatirələrin qəlbimi niyə tikan tək cızdığını anlamaq üçün..
Sevmək istəyirəm Məcnunun Leylisinə ,Kərəmin Əslisinə olan hisslərini anlamaq üçün...
Dəyər vermək istəyirəm, ölənə qədər məqsədimsən deyə bilmək üçün...
İncitmək istəyirəm, məni həqiqtətən sevən insanların mə"yus olduqlarını görüb dəqiq saylarını bilmək üçün...
Ən yüksək zirvə olmaq istəyirəm, o zirvəyə sənin sayəndə gəldiyimi qışqırmaq üçün...
Solmuş bir gül olmaq istəyirəm,bir gül solarkən nə qədər əzab çəkdiyini yaşayıb gülləri soldurmamaq üçün...
Uzun bir yol olmaq istəyirəm, hər şeyi asanlıqla əldə etməməyi öyrənmək üçün...[/COLOR][/SIZE][/I][/B][/FONT][/SIZE]